Home AZ EN RU
BAKI DÖVLƏT UNİVERSİTETİ
TƏTBİQİ RİYAZİYYAT
ELMİ TƏDQİQAT İNSTİTUTU

Xəbərlər

Elan
09/06/2021

 

29.06.2021-cü il tarixdə saat 1000-da BDU-nun Tətbiqi Riyaziyyat ETI-nin böyük laborantı Yaqubova Mehriban Məmməd qızının “1214.01-Dinamik sistemlər və optimal idarəetmə” ixtisası üzrə fəlsəfə doktoru  elmi dərəcəsi almaq üçün “Üçtərtibli bəzi xüsusi törəməli  diferensial tənliklər  üçün optimal idarəetmə  məsələləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir.

Bütün elmi işçilərin iştirakı vacibdir.

| Ətraflı


Akademik Fikrət Əliyev AMEA-nın Rəyasət Heyətinin tərkibinə daxil edilib
27/05/2021

 

Mayın 27-də AMEA-nın Ümumi yığıncağında Rəyasət Heyətinin yeni tərkibi təsdiq olunub.
Akademik Fikrət Əliyev  AMEA-nın Rəyasət Heyətinin tərkibinə daxil edilib.

https://azpolitika.info/?p=631973

Kollektivimiz adından Fikrət müəllimi təbrik edir, ona gələcək işlərində uğurlar azulayırıq!

| Ətraflı


akademik Fikrət Əliyev SOMPATY layihəsi çərçivəsində keçirilən vebinarda iştirak edib
20/05/2021

 

Bu gün akademik Fikrət Əliyev  SOMPATY - Spectral Optimization: From Mathematics to Physics and Advanced Technology layihəsi çərçivəsində  keçirilən vebinarda iştirak edib. SOMPATY layihəsinin məqsədi Azərbaycan, Belarusiya, Çex Respublikası, Almaniya, Qazaxıstan, Ukrayna və Özbəkistanın universitetləri və tədqiqat təşkilatları arasında kadr mübadiləsi, birgə tədqiqat və təlim işlərinin aparılmasıdır. Bu layihə, Avropa ilə Müstəqil Dövlətlər Birliyi arasında tədqiqat əlaqələrini daha da inkişaf etdirilməsinə yönəlmişdir.

Bu layihədə iştirak edən tədqiqat institutları, spektral optimallaşdırma və nano texnologiya, həyat elmləri və kvant mexanikasında tətbiqetmə mövzusunda güclü bir araşdırma mərkəzinə sahibdirlər.

SOMPATY layihəsi çərçivəsində 2020 ilə 2024 illər arasında dörd layihə tədbiri (ildə bir dəfə) təyin edilmişdir.

| Ətraflı


Akademik Fikrət Əliyev AMEA-nın Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin Ümumi yığıncağının növbəti onlayn iclasında çıxış edib
07/05/2021

 

Lütfi Zadənin 100 illiyinə həsr olunmuş jurnalların xüsusi buraxılışları işıq üzü görüb

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən akademik Fikrət Əliyev bildirib ki, Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın və Təhsil Nazirliyinin birgə Tədbirlər planına əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyi, AMEA və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun həmtəsisçiliyi ilə nəşr edilən “Applied and Computational Mathematics” jurnalının “Fuzzy logic and its application to modelling epidemies: Coronavirus and beyond” mövzusunda, eləcə də “TWMS Journal of Pure and Applied  Mathematics” jurnalının “Fuzzy Sets in Dealing with Imprecision and Uncertainty: Past and Future” mövzusunda xüsusi buraxılışları nəşr olunub.

Alim bildirib ki, baş redaktorları akademiklər Əli Abbasov, Fikrət Əliyev və ukraynalı professor Vladimir Larin olan “Applied and Computational Mathematics” jurnalının xüsusi buraxılışı Lütfi Zadə nəzəriyyəsinin COVID-19-a tətbiqi ilə bağlı məqalələri özündə cəmləşdirib. Sözügedən buraxılış qeyri-səlis yanaşmanın köməyi ilə yoluxucu xəstəliklərin, xüsusən də yeni koronavirusun yayılma dinamikasının modelləşdirilməsi, proqnozlaşdırılması kimi məsələlərə həsr olunub.

Qeyd edək ki, buraxılışın əsas dəvətli redaktoru qeyri-səlis məntiq üzrə dünyaca tanınmış məşhur alim Tijuana Texnologiya İnstitutunun (Meksika) professoru Oskar Kastillo, digər dəvətli redaktorlar isə Zakia Hammouç (Harran Universiteti, Türkiyə), Abdon Atanqana (Azad Dövlət Universiteti, Cənubi Afrika), Kruz Varqas De Len (Guerrero Muxtar Universiteti, Meksika), Karam Allalidir (Kasablanka II Həsən Universiteti, Mərakeş).

Fikrət Əliyev vurğulayıb ki, “TWMS Journal of Pure and Applied Mathematics” jurnalının bu dəfəki xüsusi buraxılışında dərc olunan məqalələr Lütfi Zadə nəzəriyyəsi ilə bağlıdır.

Buraxılışın əsas dəvətli redaktoru qeyri-səlis məntiq üzrə tanınmış alim İrina Perfiliyeva (Ostrava Universiteti, Çex Respublikası), digər dəvətli redaktorlar isə Didier Dubois (Paul Sabatier Universiteti, Toulouse, Franca), Etienne E.Kerre (Ghent Universiteti, Belçika), Uitold Perdiç (Faculty of Engineering – Electrical & Computer Engineering Dept, Kanada), Əli Abbasovdur (AMEA İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan).

Onun sözlərinə görə, adıçəkilən hər iki jurnalın xüsusi buraxılışlarının coğrafi arealı Fransa, Kanada, Polşa, ABŞ, Çex Respublikası, İngiltərə, Almaniya, İtaliya, İspaniya, Latviya, Belçika, Azərbaycan, Meksika, Kanada, Çin, Türkiyə, Tayvan, Hindistan, İran kimi ölkələri özündə birləşdirir.

http://science.gov.az/news/open/16879

| Ətraflı


TWMS Journal of Pure and Applied Mathematics jurnalının xüsusi buraxılışı Lütfi Zadəyə həsr olunub
28/04/2021

 

Prezident İlham Əliyevin görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında 2021-ci il 25 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələr uğurla icra edilməkdədir.

Lütfi Zadənin 100 illiyi ilə əlaqədar “TWMS Journal of Pure and Applied Mathematics” jurnalının “Fuzzy Sets in Dealing with Imprecision and Uncertainty: Past and Future Dedicated to the memory of Lotfi A.Zadeh” mövzusunda xüsusi buraxılışı dərc olunub.

“Web of Sience SCIE” bazasında yer alan “TWMS Journal of Pure and Applied Mathematics” Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda nəşr edilir. Jurnalın baş redaktoru akademik Fikrət Əliyevdir.

Xüsusi buraxılışda dərc olunan məqalələr Lütfi Zadə nəzəriyyəsi ilə bağlıdır. Jurnalda Fransa, Kanada, Polşa, ABŞ, Çex Respublikası, İngiltərə, Almaniya, İtaliya, İspaniya, Latviya, Belçika, Azərbaycan kimi ölkələrdən riyaziyyat üzrə tanınmış alimlərin yeni elmi nəticələri yer alıb.

Buraxılışın əsas dəvətli redaktoru qeyri-səlis məntiq üzrə tanınmış alim İrina Perfiliyeva (Ostrava Universiteti, Çex Respublikası), digər dəvətli redaktorlar isə Didier Dubois (Paul Sabatier Universiteti, Toulouse, Franca), Etienne E.Kerre (Ghent Universiteti, Belçika), Uitold Perdiç (Faculty of Engineering - Electrical & Computer Engineering Dept, Kanada), Əli Abbasovdur (AMEA İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan).

Qeyd edək ki, jurnalın xüsusi buraxılışları beynəlxalq səviyyədə Azərbaycan elminin dünya elminə inteqrasiyası və böyük uğurudur.

Guest Editor və müəlliflərdən gələn təşəkkür məktubları

Vilém Novák

Dear Fikret,
Thank you for organizing this special issue. Good job, I am happy with it.
Best regards,  Vilem

___________________

Przemyslaw Grzegorzewski

Dear Prof. Aliev,
Thank you for good news. That's great.
And thank you once more for the invitation to participate in this project
to commemorate our good friend and a brilliant scientist, prof. Lotfi Zadeh.

Best regards, Przemyslaw Grzegorzewski

_________________

vladikcs@yahoo.com
Dear Dr. Aliev, Many many thanks!

_________________

Jesús Medina

Dear Fikret,
Thank you very much for the edition.
think the final result has been very good.
Have a nice day.

Best regards, Jesús.

_________________

Aleksandrs Šostaks

Dear Fikret,
Thank you very much for this volume. It is really a very valuable volume commemorating Lotfi Zadeh. Thanks also all the authors for your work!

With kind regards, Alexander Šostak

__________________

Witold Pedrycz

Dear Professor Aliev, Thank you very much.

Best regards, Witold.

_________________

Irina Perfilieva

Dear Prof. Aliev,
thank you very much for the initiative and efficient work in-pair with me. I believe that this issue will be noticed and actively cited. I also believe that by this, we pay our deep respect to our teacher and leader Lotfi A. Zadeh.
I ask your permission to share this link with members of EUSFLAT, NAFIPS, and Russian AFS.

Best regards,  Irina Perfilieva

_____________________

Dear Friends and Colleagues,

This year marks the 100th anniversary of the birth of Professor Lotfi Zadeh. To pay tribute to his memory and show that the direction he discovered has grown into a stable and recognized branch of science, we supported the initiative of Professor Fikret Aliev (Baku State University) and helped him organize a special issue of the TWMS Journal of Pure and Applied Mathematics headed by him. This journal was founded on the recommendation of Lotfi Zadeh, who dreamed of creating a high-quality mathematical journal in Azerbaijan and Turkey.

The special issue is dedicated to the memory of Lotfi Zadeh, where we selected articles from a wide variety of fields and invited renowned experts in their fields. Referring to Zadeh's ideas, they provide a brief overview of what has been achieved in their research area, report key findings, and discuss the future. All these contributions show that the idea brought to the world by Professor Zadeh on the proper ground, and a number of the developed theories have significantly moved science forward.

Professor Aliev has given us permission to distribute this special issue (V.12, N.1, 2021) to members of fuzzy associations around the world, link below:  http://www.twmsj.az

 

| Ətraflı


Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib
22/04/2021

 

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində müəllifi olduğu məqalə çap olunub. Məqalə “Revista de la Real Academia de Ciencias Exactas, Físicas y Naturales. Serie A. Matemáticas” (https://www.springer.com/journal/13398) 1.406  yüksək impakt faktorlu  «Clarivate Analytics» Q1 kateqriyalı jurnalda dərc edilib.

“Bircins qruplarda hipoelliptik operatorlar üçün ümumiləşmiş Sobolev-Morri qiymətləndirmələri”  adlı məqalədə bircins qruplarda bir sinif hipoelliptik operatorlar üçün ümumiləşmiş Sobolev-Morri qitmətləndirmələri bircins qruplarda Kalderon-Ziqmund operatorlarının və kəsr inteqral operatorunun doğurduğu subxətti operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğunu göstərməklə alınmışdır. Baxılan subxətti operatorlar harmonik analizin bir çox operatorlarını, o cümlədən, bircins qruplarda təyin olunmuş  Hardi-Littlvud və kəsr maksimal operatorları, Kalderon-Ziqmund sinqulyar inteqral operatorları, kəsr inteqral operatorları və s. özündə saxlayır.

https://link.springer.com/article/10.1007/s13398-021-01009-3

Bu müəllifin 2021-ci ildə yüksək impakt faktorlu  Q1 kateqriyalı jurnallarda dərc olunmuş 3-cü məqaləsidir.

https://link.springer.com/article/10.1007%2Fs13324-021-00497-1

https://link.springer.com/article/10.1007/s13324-020-00433-9

| Ətraflı


Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib
17/03/2021

 

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduğu məqalə çap olunub. Məqalə “Analysis and Mathematical Physics” (https://www.springer.com/journal/13324) 2.056 yüksək impakt faktorlu Q1 kateqriyalı jurnalda dərc edilib.

“Bircins tipli fəzalarda təyin olunmuş Orliç və ümumiləşmiş Orliç - Morri fəzalarında kəsr maksimal operator və onun kommutatorunun məhdudluğunun xarakterizasiyası” adlı məqalədə bircins tipli fəzalarda təyin olunmuş Orliç və ümumiləşmiş Orliç - Morri fəzalarında kəsr maksimal operatorun məhdudluğu üçün meyarlar alınmışdır.  Bu nəticələrin tətbiqi olaraq bircins tipli fəzalarda təyin olunmuş Orliç və ümumiləşmiş Orliç - Morri fəzalarında kəsr maksimal kommutator operatorun məhdud olması üçün zəruri və kafi şərtlər tapılmişdir.

Məqaləni oxumaq üçün linkə keçid edin:

https://link.springer.com/article/10.1007%2Fs13324-021-00497-1

 

| Ətraflı


Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyinin dəstəyi ilə nəşr olunan beynəlxalq ACM jurnalın xüsusi buraxılışı Lütfi Zadənin 100 illiyinə həsr olunub
05/03/2021

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında 25 yanvar 2021-ci il tarixli müvafiq Sərəncam imzalayıb.

Lütfi Zadənin 100 illiyi ilə əlaqədar “Applied and Computational Mathematics” beynəlxalq jurnalının “Fuzzy logic and its application to modeling epidemies: Coronavirus and beyond” mövzusunda xüsusi buraxılışı dərc olunub.

Qeyd edək ki, ölkəmizdə yeganə impakt faktorlu jurnal olan “Applied and Computational Mathematics” Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun həmtəsisçiliyi ilə nəşr edilir. Jurnalın baş redaktorları Azərbaycandan akademiklər Fikrət Əliyev, Əli Abbasov və Ukraynadan professor Vladimir Larindir.

Xüsusi buraxılışda çap olunan məqalələr Lütfi Zadə nəzəriyyəsinin “COVID-19”-a tətbiqi ilə bağlıdir. Sözügedən buraxılış qeyri-səlis yanaşmanın köməyi ilə yoluxucu xəstəliklərin, xüsusən də yeni koronavirusun (COVID-19) yayılma dinamikasının modelləşdirilməsi, proqnozlaşdırılması kimi məsələlərə həsr olunub. Jurnalda Meksika, Kanada, Çin, Türkiyə, Tayvan, Hindistan, İran və digər ölkələrdən olan riyaziyyat, informatika, bioinformatika, tibbi informatika üzrə tanınmış alimlərin koronavirusla bağlı yeni elmi nəticələri yer alıb.

Buraxılışın əsas dəvətli redaktoru qeyri-səlis məntiq üzrə dünyaca tanınmış məşhur alim Tijuana Texnologiya İnstitutunun (Meksika) professoru Oskar Kastillo, digər dəvətli redaktorlar isə Zakia Hammouç (Harran Universiteti, Türkiyə), Abdon Atanqana (Azad Dövlət Universiteti, Cənubi Afrika), Kruz Varqas De Len (Guerrero Muxtar Universiteti, Meksika), Karam Allalidir (Kasablanka II Həsən Universiteti, Mərakeş).

Qeyd edək ki, jurnalın xüsusi buraxılışları beynəlxalq səviyyədə Azərbaycan elminin dünya elminə inteqrasiyası və böyük uğurudur.

https://mincom.gov.az/az/view/news/1160/nazirliyin-desteyi-ile-nesr-olunan-beynelxalq-jurnalin-xususi-buraxilisi-lutfi-zadenin-100-illiyine-hesr-olunub

 

| Ətraflı


Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib
26/02/2021

 

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev və  “Riyazi analiz” kafedrasının dosenti Mehriban Ömərovanın 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Analysis and Mathematical Physics” (https://www.springer.com/journal/13324) 2.056  yüksək impakt faktorlu  Q1 kateqriyalı jurnalda dərc edilib.

“Modifit lokal ümumiləşmiş Morri fəzalarında divergent elleptik tənliklərin həllərinin requlyarlığı” adlı məqalədə ikinci tərtib divergent elleptik tənliklərin həllərinin birinci tərtib törəmələrinin modifit lokal ümumiləşmiş Morri fəzalarında requlyarlığı məsələsinə baxılıb, belə ki, tənliyin əmsalları Sarason CVMO sinfindəndır. Məqalədə əsas məqsəd ikinci tərtib divergent formalı elleptik diferensial tənliklərin həllərinin birinci tərtib törəmələrinin Kalderon-Ziqmund nüvəli sinqulyar inteqral operator və onların kommutatorları vasitəsilə ifadəsindən istifadə olunmasıdır. Bu ifadələri birləşdirərək hər bir operator üçün Morri tipli qiymətləndir-mələrdən istifadə edərək baxılan tənliyin həllərinin requlyarlığı haqqında müəyyən nəticələr alınmışdır.  

Məqaləni oxumaq üçün linkə keçid edin:
https://link.springer.com/article/10.1007/s13324-020-00433-9

| Ətraflı


Lütfi Zadənin 100 illiyinə həsr olunmuş xüsusi buraxılışlar
04/02/2021

 

25 yanvar 2021-il tarixində Azərbaycan Respublikası Prezidenti  Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam vermişdir.

Bu münasibətlə Tətbiqi Riyaziyyat ETİ-də nəşr olunan "Applied and Computational Mathematics" beynəlxalq jurnalında Lütfi Zadənin 100 illiyinə həsr olunmuş “Fuzzy logic and its application to modeling epidemies: Coronavirus and beyond” mövzusunda xüsusi buraxılış çap olunacaq. Xüsusi buraxılışda çap olunacaq məqalələr Lütfi Zadə nəzəriyyəsinin COVID-19-a tətbiqi ilə bağlıdir.  Sözügedən buraxılış qeyri-səlis yanaşmanın köməyi ilə yoluxucu xəstəliklərin, xüsusən də yeni koronavirusun (COVID-19) yayılma dinamikasının modelləşdirilməsi, proqnozlaşdırılması kimi məsələlərə həsr olunub.

Bu buraxılışda Meksika, Kanada, Çin, Türkiyə, Tayvan, Hinndistan, İran və s. ölkələrdən dünyanın tanınmış alimlərin koronavirusla bağlı yeni elmi nəticələri yer alıb.

Qeyd etmək istərdik ki, "Applied and Computational Mathematics"  jurnalında 2011-ci idə Lütfi Zadənin 90 illik yubileyinə  həsr olunmuş  “Fuzzy Set Theory  and Applications”  xüsusi buraxılışı çap olunmuşdur.

Həmçinin Tətbiqi Riyaziyyat ETİ-də nəşr olunan Türk Dünyası Riyaziyyat Cəmiyyətinin mətbu orqanı olan  "TWMS Journal of Pure and Applied Mathematics" beynəlxalq jurnalında da Lütfi Zadənin 100 illiyinə həsr olunmuş “Fuzzy sets in dealing with imprecision and uncertainty: Past and future“ mövzusunda xüsusi buraxılış çap olunacaq. Bu xüsusi buraxılışda da dünyanın nüfuzlu alimlərinin Lütfi Zadə nəzəriyyəsinin tətbiqi ilə bağlı məqalələri yer alıb.

Bu xüsusui buraxılışlar beynəlxalq səviyyədə Azərbaycan elminin dünya elminə inteqrasiyasıdır və Azərbaycan elminin böyük uğurudur.

Xüsusi buraxılışların mündəricatları artıq  "IEEE Control Systems Society - E-Letter" -da
http://ieeecss.org/sites/ieeecss/files/2021-01/390_1.pdf yerləşdirilib.

Qeyd edək ki, ölkəmizdə yeganə impakt faktorlu jurnal olan “Applied and Computational Mathematics” Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun həmtəsisçiliyi ilə nəşr edilir.

| Ətraflı


COIA-2020 Beynəlxalq Konfransının əsərləri Clarivate Analytics-in səhifəsində
27/01/2021

 

Azərbaycan Respublikası  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi ilə və Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun (BDU) təşkilatçılığı ilə 26-28 Avqust  2020-il tarixində Bakıda keçirilən VII Beynəlxalq “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” (COIA-2020) beynəlxalq konfransının əsərləri (Volume 1, Volume 2)  “Clarivate Analytics”-in (keçmiş “Thomson Reuters” agentliyinin) səhifəsində  yerləşdirilmişdir.

Konfransın fəxri sədrləri NRYT Naziri, cənab Ramin Quluzadə və Bakı Dövlət Universitetinin rektoru, cənab Elçin Babayevdir.  Əsərlərin baş redaktorları akademik Fikrət Əliyev və ABŞ-ın Illinois Universitetinin professoru Tamer Başardır.

Belə ki, 2 cilddən ibarət topluya 256 məqalə daxil edilmişdir ki, həmin məqalələrin 145-i Azərbaycan alimlərinə, o cümlədən 85-i BDU-nun,  30-u TR ETİ-nin alimlərinə məxsusdur.

 

Qeyd edək ki, 2020-2021 ci ildə  “Clarivate Analytics”in “Web of Science” platformasında çap olunan məqalələrin sayına görə Azərbaycan, Gürcüstan və Ermənistanı üstələyərək, 1809 məqalə sayı ilə Qafqaz ölkələri arasında birinci yerdədir.
Xatırdaladaq ki, Web of Science” platformasında Gürcüstanın 1004, Ermənistanın isə 1282 məqaləsi yayımlanıb.

| Ətraflı


COIA-2020 beynəlxalq konfransının əsərləri Clarivate Analytics-in səhifəsində
08/01/2021

 

Bu gün “Clarivate Analytics”-in (keçmiş “Thomson Reuters” agentliyinin) səhifəsində Azərbaycan Respublikası  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi ilə və Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun (BDU) təşkilatçılığı ilə 26-28 Avqust  2020-il tarixində Bakıda keçirilən VII Beynəlxalq “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” (COIA-2020)   beynəlxalq konfransının əsərləri (Volume 1, Volume 2) indeksasiya üçün qiymətləndirmədən keçib və “Web of Scienc” ə daxil olmaq üçün qəbul olunub.

Konfransın fəxri sədrləri NRYT Naziri, cənab Ramin Quluzadə və Bakı Dövlət Universitetinin rektoru, cənab Elçin Babayevdir.  Əsərlərin baş redaktorları akademik Fikrət Əliyev və ABŞ-ın Illinois Universitetinin professoru Tamer Başardır.

Qeyd edək ki,  kitabda məqalələrin ümumi sayı 256, onlardan 145-i azərbaycan alimlərinin,  70-i BDU-nun,  30-u Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun  alimlərinin əsərləridir.

COIA konfranslar silsiləsi 2005-ci ildən Azərbaycanda start götürmüş (2005, 2008, 2015, 2018) və 2011-ci ildə Türkiyə Respublikasının Ankara şəhəri Bilkənt Universitetində, 2013-cü ildə isə Bolqarıstan Respublikasının Sofiya Texniki Universitetinin həmtəşkilatçılığı ilə Barovetsdə keçirilmişdir.

Bildiyimiz  kimi Azərbaycanda elmin dünya elminə inteqrasiyası sürətlənir. Artıq ənənə halını almış bu konfrans Bakıda beşinci dəfə təşkil olunurdu. Əvvəlki illərdən fərqli olaraq, pandemiya şəraitinə görə bu dəfə onlayın formatda keçirilməsinə baxmayaraq konfrans dünya alimləri tərəfindən böyük maraqla qarşılanmışdır. Beynəlxalq tədbirdə dünyanın 30  ölkələsindən 476-yə yaxın alim və tədqiqatçı iştirak edirdi. İştirakçılar arasında Azərbaycan, Türkiyə, ABŞ, Almaniya, İtaliya,  Meksika, Ukrayna, Rusiya, İran,  Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, və Küveyt kimi ölkələrin görkəmli alimləri iştirak edirdi.

Müntəzəm olaraq dünyanın bir çox ölkələrində tanınmış alimlərin iştirakı ilə keçirilən konfrans elm aləmində beynəlxalq hadisəyə çevrilib. Bu konfrans, həmçinin Azərbaycan elminin dünya elminə inteqrasiyasında müəyyən mənada rol oynayıb. Bu tədbir yeni ideyaların formalaşmasına, geniş tətbiq sahələrinin yaranmasına öz töhfəsini verir və verəcək. Eyni zamanda, alimlərin bir araya gəlməsinə və dünyamızın inkişafı naminə yeni-yeni uğurlar qazanmasına rəvac vermişdir.

 

 

| Ətraflı


AMEA-nın Fizika-Riyaziyyat və Tex­­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağınıda Akademik Fikrət Əliyev Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun 2020-ci il üzrə hesabatını təqdim edib
28/12/2020

 

AMEA-nın Fizika-Riyaziyyat və Tex­­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş növbəti onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, vitse-prezident, akademik Rasim Əliquliyev, bölmənin Ümumi yığıncağının üzvləri, elmi müəs­sisələrin rəh­­bər­ləri, direktor müavinləri, elmi katibləri, həm­çi­nin əldə olunmuş mühüm elmi nə­ti­cə­lə­rin müəllifləri, İcti­maiy­yət­lə əlaqələr, Təhsil və Beynəlxalq əlaqələr şö­bə­lə­ri­nin rəhbərləri, eləcə də gənc alim və mütəxəssislər şuralarının sədr­lə­ri və həm­karlar təşkilatla­rı­nın nü­ma­yən­də­ləri iştirak ediblər.

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun 2020-ci il üzrə hesabatını institutun direktoru, akademik Fikrət Əliyev təqdim edib. Cari ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarından söz açan alim rəhbərlik etdiyi qurumda mürəkkəb diferensial tənliklərlə təsvir olunan sistemlərin idarəetmə və optimallaşdırma məsələləri, qeyri-xətti tənliklərlə təsvir olunan texnoloji, iqtisadi proseslərin modelləşdirilməsi, fizika, geofizika, texnika və elmin digər sahələrinə tərs məsələlərin tətbiqi, eləcə də harmonik analizin aktual məsələləri istiqamətləri üzrə elmi tədqiqatların aparıldığını diqqətə çatdırıb. Bildirib ki, hesabat ilində institutun əməkdaşları tərəfindən 4 mövzu üzrə 2-ci mərhələ üçün 17 elmi iş yerinə yetirilib.

F.Əliyev qeyd edib ki, hesabat ili ərzində əməkdaşlar tərəfindən 100 məqalə, beynəlxalq konfransda 5 tezis nəşr edilib, 4 beynəlxalq və 2 respublika daxili qrant layihəsi yerinə yetirilib.

Cari ildə institutda əldə edilmiş mühüm elmi nəticələrdən bəhs edən direktor bildirib ki, ilk dəfə olaraq maye dempferli rəqsvari sistemlərdə kəsr tərtibin təyini üçün yeni tərs məsələyə baxılıb, uyğun ədədi alqoritm təklif olunub. Həmçinin dinamik sistemlərə daxil olan qeyri-səlis parametrlərin təyin edilməsi, uyğun riyazi aparat üçün yeni nəzəri üsulların təklif olunması məsələlərinin tədqiqi, həll alqoritmlərinin işlənməsi və tətbiqləri məsələləri nəzərdən keçirilib.

Alim institutun beynəlxalq elmi əməkdaşlıq çərçivəsində həyata keçirdiyi tədbirlər barədə də məlumat verərək, hesabat ili ərzində dünyanın müxtəlif ölkələrinin tanınmış elm və təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyib.

Direktor müəssisədə nəşr olunan impakt faktorlu jurnallardan danışıb, onların statistik göstəricilərini diqqətə çatdırıb.

Akademik F.Əliyev bildirib ki, 26 avqust 2020-ci il tarixində AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və institutun təşkilatçılığı ilə onlayn formatda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma 7-ci beynəlxalq konfransı (Control and Optimization with Industrial Applications – COIA-2020) keçirilib. Konfransın saytında dünyanın müxtəlif ölkələrindən 476 alim və tədqiqatçı qeydiyyatdan keçib, 256 məqalə konfransın materiallarında dərc olunub. İştirakçılar Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, İran, Hindistan, Şimali Kipr Türk Cümhuriyyəti, Meksika, Qazaxıstan, Qırğızıstan, Almaniya, Özbəkistan, İtaliya və Küveyti təmsil ediblər.

Aparılan müzakirələrdə akademiklər Adil Qəribov, Nazim Məmmədov, Telman Əli­yev, Əli Abbasov, Fikrət Əli­yev, Yusif Məmmədov, AMEA-nın müxbir üzvləri Misir Mər­da­nov, Əminağa Sadıqov, Ramiz Alıquliyev, Bilal Bilalov, Əyyub Quliyev, Vaqif Quliyev, Qeylani Pənahov, Qorxmaz İmanov iştirak edərək fikir və suallarını səsləndiriblər.

| Ətraflı


İnstitutun əməkdaşı sertifikat alıb
08/12/2020

 

Sistemli "Analizin Riyazi Problemləri" şöbəsinin aparıcı elmi işçisi, dos.Qəmər Məmmədovaya  vebinarı dinlədiyinə görə "Clarivate Web of Science"  şirkəti sertifikat təqdim edib.

| Ətraflı


Azərtac-da BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda nəşr olunan jurnalların növbəti nömrələri çapdan çıxıb adlı məqalə çap olunub
01/12/2020

 

BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda nəşr olunan jurnalların
növbəti nömrələri çapdan çıxıb


Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu və AMEA-nın təsisçiliyi ilə dərc edilən "Web of Science" bazasının Q1 siyahısında yer alan “Applied and Computational Mathematics” jurnalının növbəti 19-cu cildinin 3-cü sayı çapdan çıxıb.

Jurnalın bu nömrəsində Türkiyə, Rusiya, Çin, İran, Yunanıstan, Mərakeş, Tunis və Azərbaycanın tanınmış alimlərinin məqalələri dərc olunub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda nəşr olunan Türk Dünyası Riyaziyyat Cəmiyyətinin mətbu orqanı olan və “Science Citation Index Expanded” (SCIE) indeks bazasında yer alan “TWMS Journal of Pure and Applied Mathematics” jurnalının növbəti 11-ci cildinin 2-ci sayı çapdan çıxıb.

Jurnalın bu nömrəsində Türkiyə, Hindistan, İran, Vyetnam, Tayvan, Tunis, Bosniya və Herseqovina və Azərbaycanın tanınmış alimlərinin müasir nəzəri və tətbiqi riyaziyyatın aktual məsələlərinin həllinə dair məqalələri dərc olunub. Həmin məqalələrdə fraksional diferensial tənliklər, tərs məsələlər, kəsr operatorları, analitik funksiyalar, matris nəzəriyyəsi, statistik nəzəriyyə və onun tətbiqləri, sabit nöqtələr nəzəriyyəsi, Morri tipli fəzalarda inteqral operatorlar nəzəriyyəsinə baxılıb.

 

| Ətraflı


Akademik Fikrət Əliyev Türkiyədə keçirilən ICMRS 2020 Beynəlxalq Kkonfransda plenar məruzə ilə çıxış edib
20/11/2020

 

Bu gün  20 Noyabr 2020-ci il tarixində Türkiyədə "3rd International Conference on Mathematical and Related Sciences: Current Trends and Developments" (ICMRS 2020) Beynəlxalq Konfransı onlayn formatda işə başlayıb.

Üç gün davam edəcək konfransın təşkili tədqiqatçıların və tələbələrin fikirlərini bölüşməsi, son nəticələri müzakirə etməsi üçün mütəxəssislər ilə görüşə biləcəyi bir ortam təmin etmək məqsədi daşıyır. Konfransda Tətbiqi Riyaziyyat ETİ-nin direktoru, akademik Fikrət Əliyev plenar məruzə ilə çıxış etdi.

Çıxışlardan sonra konfrans öz işini bolmələrədə davam etdirdi. Fikrət Əliyevin sədrliiyi ilə keçirilən bölmədə İnstitutun əməkdaşı, professor Nihan Əliyev, Baki Dövlət Universitetinin professoru Əli Əhmədov, dosent Rəfail Həmidov və azərbaycanın digər alimləri  məruzə ilə çıxış etdilər.

 

 

 

| Ətraflı


TWMS Journal of Pure and Applied Mathematics
02/11/2020

 

Türk Dünyası Riyaziyyat Cəmiyyətinin mətbu orqanı olan  və "Science Citation Index Expanded" (SCİE) Indeks bazasında yer alan  "TWMS Journal of Pure and Applied Mathematics" jurnalının növbəti 11-ci cildinin 2-ci sayı çapdan çıxmışdır. Jurnalın bu sayında Türkiyə, Hindistan, İran, Vyetnam, Tayvan, Tunis, Bosniya və Herseqovina, Azərbaycanın tanınmış alimlərinin müasir nəzəri və tətbiqi riyaziyyatın aktual məsələlərinin həllinə həsr olunmuş məqalələr dərc olunmuşdur.

Həmin məqalələrdə Fraksional diferensial tənliklər, tərs məsələlər, kəsr operatorları, analitik funksiyalar, matris nəzəriyyəsi, statistik nəzəriyyə və onun tətbiqləri, sabit nöqtələr nəzəriyyəsi, Morrey tipli fəzalarda inteqral operatorlar nəzəriyyəsinə baxılmışdır.

| Ətraflı


Applied and Computational Mathematics
02/11/2020

 

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BDU-nun Tətbiqi-Riyaziyyat ETİ və Azərbaycan Milli Elmlər Akademiyasının təsisçiliyi ilə dərc edilən və "Web of Science" bazasının Q1 siyahısında yer alan “Applied and Computational Mathematics” jurnalının növbəti 19-cu cildinin 3-cü sayı çapdan cıxmışdır.

Jurnalın bu sayında Türkiyə, Rusiya, Çin, İran, Yunanıstan, Mərakeş, Tunis, Azərbaycanın tanınmış alimlərinin müasir nəzəri və tətbiqi riyaziyyatın aktual məsələlərinin həllinə həsr olunmuş məqalələr dərc olunmuşdur.

Həmin məqalələrdə Laplas tənliyi üçün Koşi məsələsinə, Üz jest analizi, neyron şəbəkə arxitekturası,kəsr tərtib diferensial tənlik, Kaputo törəməsi, diffuziya  tənliyi, impulsiv stoxastik model, Lyapunov funksionalı, LaSalle prinsipi, Mittag-Leffler funksiyası, Grüss bərabərsizliyi, Volterra İnteqral tənliyi, ən kiçik kvadratlar üsulu, kəsr tərtib inteqral operatorlar nəzəriyyəsinə baxılmışdır.

| Ətraflı


COIA-2020 beynəlxalq konfransının əsərləri çap olundu
02/11/2020

 

Bu gün http://www.coia-conf.org/en/view/pages/22  saytında Azərbaycan Respublikası  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi ilə və Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun (BDU) təşkilatçılığı ilə 26-28 Avqust  2020-il tarixində Bakıda keçirilən VII Beynəlxalq “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” (COIA-2020)  beynəlxalq konfransının əsərləri yerləşdirilmişdir.

Konfransın fəxri sədrləri NRYT Naziri, cənab Ramin Quluzadə və Bakı Dövlət Universitetinin rektoru, cənab Elçin Babayevdir.  Əsərlərin baş redaktorları akademik Fikrət Əliyev və ABŞ-ın Illinois Universitetinin professoru Tamer Başardır.

Qeyd edək ki,  kitabda məqalələrin ümumi sayı 256, onlardan 145-i azərbaycan alimlərinin,  70-i BDU-nun,  30-u Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun  alimlərinin əsərləridir.

Azərbaycanda elmin dünya elminə inteqrasiyası sürətlənir. Artıq ənənə halını almış bu konfrans Bakıda dördüncü dəfə təşkil olunurdu. Beynəlxalq tədbirdə dünyanın 30  ölkələsindən 476-yə yaxın alim və tədqiqatçı iştirak edirdi. İştirakçılar arasında Azərbaycan, Türkiyə, ABŞ, Ukrayna, Rusiya, İran,  Şimali Kipr Türk Cümhuriyyəti, Meksika, Qazaxıstan, Qırğızıstan, Almaniya, Özbəkistan, İtaliya və Küveyti. kimi ölkələrin görkəmli alimləri iştirak edirdi.

Ənənə halını almış bu COIA konfranslar silsiləsi 2005-ci ildən Azərbaycanda start götürmüş (2005, 2008, 2015, 2018) və 2011-ci ildə Türkiyə Respublikasının Ankara şəhəri Bilkənt Universitetində, 2013-cü ildə isə Bolqarıstan Respublikasının Sofiya Texniki Universitetinin həmtəşkilatçılığı ilə Barovetsdə keçirilmişdir.

Müntəzəm olaraq dünyanın bir çox ölkələrində tanınmış alimlərin iştirakı ilə keçirilən konfrans elm aləmində beynəlxalq hadisəyə çevrilib. Bu konfrans, həmçinin Azərbaycan elminin dünya elminə inteqrasiyasında müəyyən mənada rol oynayıb. Bu tədbir yeni ideyaların formalaşmasına, geniş tətbiq sahələrinin yaranmasına öz töhfəsini verir və verəcək. Eyni zamanda, alimlərin bir araya gəlməsinə və dünyamızın inkişafı naminə yeni-yeni uğurlar qazanmasına rəvac vermişdir.

| Ətraflı


Akademik Fikrət Əliyevin Respublika qəzetində məqaləsi dərc olunub
14/10/2020


Zəfər günü yaxındadır

“Ermənilik xəstəliyi”,  yaxud da erməni məkri! Bu sözlər özündə nəyi ehtiva edir? Ayrı-ayrı ölkələrdə yaşayıb müxtəlif millətləri təmsil edən neçə-neçə dövlət başçısı, diplomat, hərbçi, yazıçı-filosof, tarixçi, politoloq... erməni məkrinin mayasındakı nüvəni-ekstremizmi, separatizmi, terrorizmi, vandalizmi, faşizmi, vəhşiliyi, qəsbkarlıq-istilaçılıq hərisliyini, hiyləni, yalanı, “erməni xəstəliyi”ni öz dəyərli əsərlərində sübuta yetirməyə çalışmışlar. Əsrləri keçib XXI yüzilliyə gəlib çıxmışıq, erməni məkri - “erməni xəstəliyi” - erməni varvarlığı hələ də yaşayır, yaşadıqca da təkcə türk dünyasına yox, bütün bəşəriyyətə, insanlığa ciddi təhlükə törədir.

Son 115 ildə ermənilərin tərcümeyi-hallarını çözələdikcə onların toplu halda yer kürəsinin müxtəlif guşələrində, xüsusən də Türkiyədə və Azərbaycanda törətdikləri vəhşilikləri, bir sözlə, erməni məkrini, “erməni xəstəliyi”ni yalnız və yalnız vandalizmin ən bariz nümunəsi kimi səciyyələndirmək lazımdır. Başqa bir müqayisə bu çərçivəyə sığmır.
Biz “erməni faşizmi” arqumentini təsadüfən, gəlişigözəl olduğu üçün söyləmirik. Almaniya faşizminin bəşəriyyətə gətirdiyi dəhşətli bəlalardan, faciələrdən, zülmlərdən xəbərdarıq. 1923-cü ildə İtaliyada doğulan, 1933-cü ildə Almaniyada intişar edən faşizmə 1945-ci ildə - İkinci Dünya müharibəsinin bitdiyi gün son qoyuldu. Ancaq yer üzündə bundan da dəhşətli olan, uzun illər yaşamış və indi də yaşamaqda davam edən erməni faşizmi də mövcuddur.
Ermənilər hər zaman türk millətinə arxadan zərbə vurmağa çalışıb, özlərinə məxsus ənənəvi üslublardan, erməni hiyləsindən məharətlə yararlanıblar. Arxadan güllə, qəsd, şərləmək, şantaj, yalan təbliğat, fəndgirlik, yaltaqlıq onların əsas silahlarıdır. Bunların hamısının məcmusu isə “erməni məkri” - “erməni faşizmi”dir.
1988-ci il fevralın 24-də illər boyu hazırlıq görən erməni separatçıları artıq hərəkətə keçdilər. Dağlıq Qarabağda Əsgəran rayonunun 16 və 23 yaşlı iki gənci qətlə yetirildi. Bu, bizim ilk qurbanlarımız idi. Bundan sonra Ermənistandan soydaşlarımızın qovulması hərəkatına təkan verildi. Mart ayında 54 azərbaycanlı ailə Vedi rayonunun Şirazlı kəndindən çıxarıldı, onlar quldurların zorakılığından güclə qurtula bildilər. Ermənilər total basqınlara başlamışdılar. Azərbaycanlıların yaşadıqları bölgələrə gələrək hamının gözləri qarşısında elə dəhşətlər törədirdilər ki, bir başqasına dərs olsun və onlar həmin yerləri təcili tərk etsinlər.
Noyabrın 12-də Spitak rayonunun rəhbərliyi terrorçu quldurların müşayiəti ilə bölgədəki bütün azərbaycanlıları öz yerlərindən qovdular. Rayonun 36 sakini elə yerindəcə öldürüldü, 5-12 yaşlarında 70 uşaq valideynlərinin gözləri qarşısında əvvəlcədən hazırlanmış geniş diametrli boruların içərilərinə doldurularaq hər iki tərəfdən qaynaq edilib örtülmüşdü. 27 uşaq isə naməlum istiqamətə aparılmışdı. 1988-ci il noyabrın 28-də Spitakda daha bir qeyri-insani hadisəyə rəvac verildi. Baş götürüb qaçan qaçqınlar dairəyə alınaraq qətlə yetirilmişdi. Ertəsi gün Spitakın Saral kəndindən baş götürüb qaçmaq istəyən azərbaycanlılar yolda gülləbaran edilmiş, hətta südəmər körpələrə belə rəhm olunmamışdı. Adi erməni faşizmi bax, budur.
1992-ci il, 26 fevral. Bu tarixi hər bir vətən övladı yadda saxlamalı, intiqam hissini qəlbində sönməyə qoymamalıdır, qoymadı da... Bax, bu gün içimizdəki Xocalı soyqırımının yanğısı ilə intiqam, döyüş, cəsarət, qeyrət bayrağını ucaldıb qana-qanla cavab vermək iqtidarında olduğumuzu sübut etmək anını yaşayırıq.
Bu gün böyük qələbənin müjdəsini gözlədiyimiz tarixi bir anda hamıya məlum faktları, hadisələri dilə gətirmək zənnimcə çox təbii və vacibdir. Bu, hər şeydən öncə tutulduğumuz unutqanlıq mərəzindən xilas olmaq və olanların bir daha təkrarlanmaması üçün lazımdır. Mən bütün bu acıları yaşayan soydaşlarımızdan biri kimi deyirəm ki, keçmişini unudan millət gələcəyini qura bilməz. Doğulduğum Qərbi Azərbaycanın Zəngəzur mahalının Nüvədi kəndi Zəngəzurun qeyrət qalası kimi tanınırdı. Bu kənd Azərbaycan elminə çoxlu sayda alimlər bəxş etmişdi, adı tarixə yazılan oğulları ilə həmişə fəxr edir. Hadisələr başlayanda nüvədililər demək olar ki, ermənilərə dörd il müqavimət göstərdi, lakin 1988-ci ildə havadarlarının köməyi ilə ermənilər öz təmizləmə siyasətlərini nəhayət ki, həyata keçirə bildilər. Doğmalarım ailəlikcə Zəngilan rayonunda məskunlaşdı. Təəssüf ki, Qərbi Azərbaycanda öz məkrli siyasətini istədiyi kimi həyata keçirən ermənilər “böyük Ermənistan” xülyasını reallaşdırmaq məqsədilə Azərbaycanın Dağlıq Qarabağ ərazisində yerləşən və ətraf rayonların işğalına rəvac verdilər. Çox çətin zamanlar idi. Burada məskunlaşan qaçqınlar üçün isə daha çətin idi, çünki öz doğma torpağımızda həm də məcburi köçkün taleyi yaşamaq təhlükəsi getdikcə artırdı. Mən, o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndərimiz Heydər Əliyevlə əlaqə yaradıb ondan kömək istədim. Məhz bu böyük şəxsiyyətin göstərdiyi köməyə görə zəngilanlılar düşmənə müqavimət göstərir, doğma torpaqlarını qoruyurdular. Təəssüf ki, bu da uzun sürmədi, Zəngilan işğal olundu. Bu dəfə həmyerlilərim Bakıda məskunlaşdı...
Hər şeyin öz zamanı var. Nəhayət, Azərbaycan xalqı itirilmiş torpaqlarının müdafiəsinə qalxdı, şanlı ordumuz qələbə dalınca qələbə qazanır, ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi, biz tarixin ən şərəfli anlarını yaşayırıq. Bu il sentyabrın 27-də başlanan müharibə Azərbaycan xalqının tarixində yeni bir dövrün başlanğıcını qoydu. Bütün xalq ayağa qalxıb Prezidentimizin əks-hücum qərarını dəstəklədi. Xalq-prezident, xalq-dövlət, xalq-ordu birliyi bu gün tam gücü ilə özünü göstərir. Müdrik Prezidentimiz, Ali Baş Komandanımız Azərbaycanın ərazi bütövlüyünü təmin edir, torpaqlarımızı işğaldan azad etməklə öz adını xalqımızın tarixinə qızıl hərflərlə yazdırır. Xalqa müraciətində söylədiyi aşağıdakı fikirlər hər bir vətəndaşımızın ürəyindən xəbər verir: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
30 ilə yaxın bir müddətdə torpaqlarımızı işğal altında saxlayan ermənilər bu gün Azərbaycan ordusu tərəfindən layiqli cavabını alır. Ordumuz irəlilədikcə düşmənin əsl siması daha aydın görünür. İnsanlığa sığmayan hərəkətləri ilə özlərini bir daha ifşa edirlər. Müharibənin öz qanunları var. Onlar bu qanunlara da məhəl qoymur, cəbhə bölgəsindən çox uzaqlarda yerləşən şəhərlərimizi atəşə tutur, dinc əhalini məhv edirlər. Son günlərdə Gəncədə törədilən vəhşiliklər də erməni faşizminin daha bir sübutudur. Dünya liderlərinə yalvara-yalvara atəşkəs istəyən də, onu pozan da onlar oldu.
Ermənilər unutmamalıdırlar ki, Azərbaycan xalqını heç nə ilə qorxuda bilməzlər. Xalqımızın milli ruh yüksəkliyi də bunu sübut edir. Düşmən kəndlərimizi, şəhərlərimizi müxtəlif növ silahlardan atəşə tutur, evlər dağıdılır, mülki əhali arasında ölənlərimiz, yaralılarımız var, lakin bir nəfər də olsun yurdunu tərk etmir. On minlərlə könüllü müqəddəs bayrağımızı başı üstünə qaldıraraq torpaqlarımızın işğaldan azad olunması yolunda savaşa atılmaq istəyir.
Dünya bilməlidir ki, bu, bir haqq savaşıdır və bu savaşda xalq qüdrətli ordumuza, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinə, məntiqinə, dövlətçiliyimizə, xalqımıza sədaqətinə inanır və tezliklə Qarabağın, onun ətrafında olan rayonların bütövlükdə işğaldan azad olacağına əminliyini bildirir. Azərbaycan xalqının bu sarsılmaz birliyini, dövlətimizin başçısı, Ali Baş Komandanın ətrafında sıx birləşdiyini bütün dünya görür və bu, hər bir vətəndaşımızda qürur doğurur.
Bu gün dilindən, dinindən, etnik mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq etnik millətlərin nümayəndələri də ön cəbhədə döyüşür, şücaət göstərir, Qarabağın işğal altında olan hər bir bögəsində üçrəngli bayrağımızın dalğalanması naminə canından keçir. Xalqımızın sarsılmaz birliyinin bir bariz nümunəsi də budur.
Tarixin ibrət dərsləri var. Bu gün Azərbaycan ordusu erməni təcavüzkarlarının dərsini verir. İnanırıq ki, tarixi qələbəmiz uzaqda deyil, Azərbaycanın üçrəngli bayrağının Şuşada dalğalanacağı gün yaxındadır.

http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/dig-r-x-b-rl-r/item/29797-zaefaer-zhunu-yakh-ndad-r

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |